SAY MOVZUSU

The Numeral

Say

Miqdar sayları (Cardinal Numerals)

Miqdar sayları cümlənin mübtədası ola bilər: The two returned to the city center

Miqdar sayları cümlənin tamamlığı ola bilir: Add thirty-three to fifty-one

Miqdar sayları artikl ilə işlədilmir. Ancaq yüz, min , milyon kimi miqdar sayları “bir” mənasında həm “one”sözü ilə, həm də “a”qeyri-müəyyən artikl ilə işlənə bilir. İsimləri də cəmdə qəbul edirlər:                                                                                                                       a hundred people (not hundred people or a hundred person)                                                                       5 thousand books (not thousand books or a thousand book)                                                                               3 million birds died during the bird flu epidemic. (not million birds or 3 million bird)

Bu saylar cəm miqdar sayları ilə işləndikdə cəmlənməzlər: 5 thousand books (not 5 thousands)    3 million birds (not 3 millions)   

İlləri oxuyarkən: 2000-ci ildən aşağı və 2010-cu ildən yuxarı illər iki-iki deyilir:

                1976 – nineteen seventy six (rəqəmlər iki-iki oxunur)

                1866 – eighteen sixty six

                2011-twenty-elewen

2000-2010-cu illər miqdar sayı kimi deyilir: 2006 – two thousand and six

İllər 2 cur deyilir: 1990-cı ildə-in 1990 və ya in the year nineteen ninety

İsmin qarşısında 1-dən artıq miqdar sayı işlənərsə, isim mütləq cəmdə olmalıdır. Ancaq yüz, min, milyon saylarının qarşısında 2 və daha artıq say ifadə edən miqdar sayı işlənərsə, bu saylar cəmlənə bilmir. Onlardan sonra gələn isim mütləq cəmdə olmalıdır.

five books – beş kitab                                  five hundred s – 500

       five hundred dollars – 500 dollar

Qeyd: Bu saylar isimləşərkən cəmlənə bilir. Bu zaman onlardan sonra gələn isim “of” sözönü ilə işlənir və qeyri-müəyyən kəmiyyət bildirir.

hundreds of tests – yüzlərlə test

       thousands of pupils – minlərlə şagird

       millions of people – milyonlarla insan

hundreds of thousands of stars-yüz minlərlə ulduzlar.

İngilis dilində sıfır aşağıdakı kimi yazılır: zero \nought \o\ ou\ nil

Sıra sayları (Ordinal numerals)

Sıra sayları cümlənin mübtədası ola bilir:The third is Jane

Sıra sayları cümlənin tamamlığı ola bilir:I bought the third.

QEYD: Cümlədə feildən sonra gələn Sıra sayları cümlənin tamamlığı olarsa “THE” ilə işlənər,amma zərf olarsa “The ” almaz:He came third in the race.He was fifth fastest in this city.

 Sıra sayları miqdar saylarının sonuna “th” şəkilçisi əlavə etməklə düzəlir və qarşısına “the” artiklı artırılır.

four (dörd)  –  the fourth       

Digər sıra saylarından fərqli olaraq birinci, ikinci, üçüncü sıra sayları fərqli yolla düzəlir.

the first ( 1st ) – birinci

the second  ( 2nd ) – ikinci

the third ( 3rd ) – üçüncü

Qeyd: Əgər miqdar sayının sonu “ve” hərfləri ilə bitərsə, onun sonuna şəkilçi artırdıqda “ve” hərfləri “f” hərfi ilə əvəz olunur.

five (beş)  –  the fifth [ fifs ] – beşinci

       twelve (on iki)  –  the twelfth [ tvelfs ] – on ikinci

Qeyd: “ty” ilə bitən miqdar saylarından sıra sayları düzəldərkən “y”hərfi “ie”hərfləri ilə əvəz olunur və sonuna “th” şəkilçisi artırılır.

twenty – the twentieth – iyirminci

Qeyd: Miqdar saylarından fərqli olaraq sıra saylarından sonra adətən isim təkdə olur.

the first lesson – birinci dərs

 Kəsrlərin oxunuşu

                Adi kəsrlərdə birinci surət, ikinci məxrəc oxunur. Surət miqdar sayı, məxrəc sıra sayı ilə oxunur. Surət 1-dən çox olarsa məxrəcə -s əlavə edilir:

                1/5 – one fifth  2/5 – two fifths

1/9 – one ninth    3/9 – three ninths       

1/6 – one sixth     5/6 – five sixths

                Onluq kəsrlərdə tam ədələ kəsr ədələri arasında nöqtə qoyulur:

                2.5 – two point five                                        3.7 – three point seven

                4.9 – four point nine                                      8.1 – eight point one

Ayın tarixi sıra sayı ilə yazılır: 9 of February,1990 (The ninth of February,nineteen ninety)\ February 9,1990 (February The ninth, nineteen ninety)

15th September 2010 – the fifteenth of September, two thousand and ten