Sentence Structure
Cümlənin 4 növü var:
1. Nəqli cümlələr (Declarative Sentences)
2. Nida cümlələri (Exclamatory Sentences)
3. Əmr cümlələri (Imperative Sentences)
4. Sual cümlələri (Interrogative Sentences)
Nəqli cümlələr
Nəqli cümlələr məlumatverici cümlələrdir. Adətən mübtəda ilə başlayır. Həm təsdiq, həm də inkar formaları olur. Söz sırası aşağıdakı kimi olur:
Mübtəda + xəbər + tamamlıq + zərflik
Qeyd: Təyin aid olduğu üzvdən əvvəl işlənir.
Ex:We saw Ruslan in the park yesterday.
Biz dünən parkda Ruslanı gördük.
They don’t live in this house.
Onlar bu evdə yaşamırlar.
Əmr cümlələri
Əmr və ya xahiş məqsədilə işlədilən cümlələrdir. Söz sırası nəqli cümlələrdə olduğu kimidir. Ancaq əmr cümlələrinin mübtədası olmur. Birbaşa xəbər ilə başlayır.Əmr cümlələri də həm təsdiqdə, həm də inkarda olur.
Pəncərəni açma(yın) zəhmət olmasa!
Don’t open the window, please!
Nida cümlələri
Nida cümlələri what əvəzliyi və how zərfi ilə başlayır. Nida cümlələrinin 3 tipi var:
What + a(an) + sifət + isim + mübtəda + xəbər…!
How + sifət + mübtəda + xəbər…!
How + zərf + mübtəda + xəbər…!
Nida cümlələrində what-dan sonra isim, how-dan sonra isə sifət və ya zərf gəlir.
Qeyd: What-dan sonra sayıla bilən tək isim gələrsə “a/an” işlənməlidir, sayıla bilməyən və ya cəm isim gələrsə heç bir artikl işlədilmir.
What good advice it is!
Bu nə yaxşı məsləhətdir!
How lazy they are!
Onlar nece də tənbəldirlər!
How ilə başlayan nida cümlələrində xəbər to be, to get, to become, to look, to seem, to feel, to taste, to smell, to sound feilləri ilə işlənərsə sifət, qalan hallarda isə zərf işlədilir.
Ex: How beautiful these flowers smell!
Bu güllər necə də gözəl qoxur!
Ex: How beautifully he speaks English!
O ingiliscə necə də gözəl danışır!
Ex: How angry he looks today!
O bu gün necə də əsəbi görünür!
Ex: How angrily he looked at me!
O mənə necə də əsəblə baxdı!
Qeyd: what-dan sonra “the”, how-dan sonra isə “a\an” artiklı işlənə bilməz.
Sual cümlələri
Sual cümlələrinin 4növü var:
1. Ümumi suallar (General Questions)
2. Xüsusi suallar (Special Questions)
3. Ayrılan suallar (Disjunctive\Tag Questions)
4. Seçmə suallar (Alternative Questions)
General Questions
Ümumi suallar bütövlükdə cümələyə verilən suallardır. Köməkçi və ya modal feilin mübtədadan əvvələ keçirilməsi yolu ilə düzəlir və söz sırası aşağıdakı kimi olur:
Köməkçi feil
+ mübtəda + əsas fel + tamamlıq + zərflik ?
Modal feil
Ümumi suallara “Yes və No” ilə cavab verildiyi üçün bəzən onlara “Yes/No Questions” da deyilir.
Ex: – Does he read a book every day?
– Yes, he does \ No, he doesn’t
Ex: – Did he read a book every day?
– Yes, he did \ No, he didn’t
Ex: – Can Bob speak English?
– Yes, he can \ No, he can’t
Alternative Questions
Seçmə suallar iki fikirdən birini dəqiqləşdirmək üçün verilən suallardır. Ümumi suallar kimi bu suallar da köməkçi və ya modal feillərlə başlayır. Ancaq bu suallara “Yes/No” ilə cavab vermək olmur. Seçmə suallar “or” (yoxsa) bağlayıcısı ilə işlənir.
Are you a pupil or a student?
Disjunctive \ Tag Questions
Ayrılan suallar danışılan hadisə haqqında şübhə və tərəddüdü dəqiqləşdirmək üçün verilən suallardır. Bu suallar iki hissədən ibarət olur: birinci hissə nəqli, ikinci hissə isə sual cümləsi ilə ifadə olunur. Sual cümləsi nəqli cümlədən vergül ilə ayrılır və dilimizə təsdiqdə “elədirmi?”, inkarda isə “elə deyilmi?” kimi tərcümə olunur.
Nəqli cümlə sual cümləsi
1) ______________________, 2) ____________?
1) Nəqli cümlə təsdiqdə olarsa sual cümləsi inkarda, nəqli cümlə inkarda olarsa sual cümləsi təsdiqdə olmalıdır.
2) Nəqli cümlə hansı zamanda olarsa, sual cümləsindəki köməkçi və ya modal feil də nəqli cümlənin zamanı ilə eyni olmalıdır.
3) Sual cümləsindəki mübtəda nəqli cümlənin mübtədası ilə eyni şəxsdə olmalıdır. Əgər nəqli cümlənin mübtədası isimlə ifadə olunarsa, sual cümləsinin mübtədası ona uyğun şəxs əvəzliyi ilə əvəz olmalıdır.
Ex: We must wait here, mustn’t we? Ex: We mustn’t wait here, must we?
Biz burda gözləməliyik, elə deyilmi? Biz burda gözləməməliyik, elədirmi?
Ex: Tom can swim, can’t he? Ex: Tom can’t swim, can he?
Tom üzə bilir, elə deyilmi? Tom üzə bilmir, elədirmi?
Qeyd 1: to have feili həm köməkçi, həm modal, həm də əsas feildir. Ayrılan suallarda bu feilin köməkçi, modal və ya əsas feil olmasına diqqət etmək lazımdır. Əgər köməkçi feil olarsa sual və inkarı özü ilə, modal və ya əsas feil olarsa, işləndiyi zamanın köməkçi feili ilə düzəlir.
Ex: Tom has got a car, hasn’t he?
Tomun maşını var, elə deyilmi?
Ex: Tom has a car, doesn’t he?
Tomun maşını var, elə deyilmi?
Ex: Tom has to go home, doesn’t he?
Tom eve getməlidir, elə deyilmi?
Qeyd 2: Bəzi feillər var ki, onların V1, V2, V3 forması eynidir. Ayrılan suallarda nəqli cümlə bu feillərlə işlənərsə, həmin feillərin zamanına fikir vermək lazımdır.
Ex: His father never lets him drive the car, does he?
Atası heç vaxt ona maşını sürməyə icazə vermir, elədirmi?
Ex: His father let him drive the car, didn’t he?
Atası ona maşını sürməyə icazə verdi, ele deyilmi?
Qeyd 3: Ayrılan suallarda nəqli cümlə “there is/are” ifadəsi ilə işlənərsə sual cümləsində mübtədanın əvəzinə ”there” işlənir.
Ex: There is a car in the street, isn’t there?
Küçədə bir maşın var, elə deyilmi?
Ex: There was nobody at home, was there?
Evdə heç kəs yox idi, elə deyilmi?
Qeyd 4: Ayrılan suallarla oxşar olan qısa suallar da var. Ancaq işlədilməsinə görə onlar bir-birindən fərqlənirlər. Ayrılan suallarda sual cümləsi nəqli cümlədən vergüllə ayrılır. Ancaq qısa suallarda birinci cümlənin sonunda nöqtə qoyulur və hər iki cümlənin qarşısında defis (-) olur. Ayrılan suallardan fərqli olaraq qısa suallarda birinci cümlə təsdiqdə olarsa qısa sual cümləsi də təsdiqdə, birinci cümlə inkarda olarsa qısa sual cümləsi də inkarda olmalıdır.
Ex: – The gardener cut the trees. (Bağban ağacları kəsdi.)
– Did he? (Doğurdan?)
Ex: – They haven’t moved a new house yet. (Onlar hələ yeni evə köçməyib.)
– Haven’t they? (Doğurdan)
Special Questions
Xüsusi suallar cümlənin mübtədasına, xəbərinə, tamamlığına, təyininə, zərfliyinə verilən suallardır. Hansı cümlə üzvünə sual verilirsə o üzv cümlədən atılır. Mübtəda və onun təyinindən başqa digər üzvlərə sual verərkən cümlə ümumi suala çevrilir.
Mübtədanın sualı
Mübtədaya sual verərkən mübtəda cümlədən atılır. Ancaq cümlə ümumi suala çevrilmir. Mübtədanın yerinə insan olarsa “who” (kim), cansız və ya heyvan olarsa “what” (nə) qoyulur. Xəbər III şəxsin təkində olur (zamana görə). Söz sırası aşağıdakı kimi olur:
Sual əvəzliyi + xəbər + tamamlıq + zərflik?
Ex: We live in Baku – Biz Bakıda yaşayırıq.
Who lives in Baku? – Kim Bakıda yaşayır?
Ex: Tom opened the door? – Tom qapını açdı.
Who opened the door? – Kim qapını açdı?
Ex: They have been to London – Onlar Londonda olub.
Who has been to London? – Kim Londonda olub?
Ex: An accident happened – Qəza baş verdi.
What happened? – Nə baş verdi?
Mübtədanın təyininin sualı
Mübtədanın təyininə sual verəkən təyin cümlədən atlılır. Ancaqcümlə ümumi suala çevrilmir. Təyinin yerinə ona uyğun aşağıdakı sual əvəzliklərindən biri işlənir.
*Which – hansı *How many – neçə
*Whose – kimin *How much – nə qədər
*What – necə, nə cür *What kind of – nə cür
Mübtədanın təyininə sual verərkən söz sırası aşağıdakı kimi olur:
Sual əvəzliyi + mübtəda + xəbər + tamamlıq + zərflik?
Ex: My uncle is a doctor – Mənim dayım həkimdir.
Whose uncle is a doctor? – Kimin dayısı həkimdir?
Ex: Tom’s parents don’t work – Tomun valideynləri işləmir.
Whose parents don’t work? – Kimin valideynləri işləmir?
Ex: A lot of trees were planted – Çoxlu ağac əkildi.
How many trees were planted? – Neçə ağac əkildi?
Ex: A lot of bread was eaten – Çoxlu çörək yeyildi.
How much bread was eaten? – Nə qədər çörək yeyildi?
Ex: This boy swims better – Bu oğlan daha yaxşı üzür.
Which boy swims better? – Hansı oğlan daha yaxşı üzür?
Tamamlığın sualı
Tamamlığa sual verərkən tamamlıq cümlədən atılır. Cümlə ümumi suala çevrilir. Tamamlıq insan olarsa “who/whom”, əşya və ya heyvan olarsa “what” ilə sual verilir. Söz sırası aşağıdakı kimi olur:
Sual əvəzliyi + köməkçi feil + mübtəda + əsas feil + (tamamlıq) + zərflik?
Ex: Tom helped Bob – Tom Boba kömək etdi.
1) Who did Tom help? – Tom kimə kömək etdi?
2) Whom did Tom help? – Tom kimə kömək etdi?
Ex: Tom has found money – Tom pul tapıb.
What has Tom found? – Tom nə tapıb?
Qeyd: Sözönülü tamamlığa sual verərkən sözönü cümlədən atıla bilməz. Tamamlığa “who” ilə sual verilərsə sözönü yerində qalır. “Whom” ilə sual verilərsə sözönü “whom” –dan əvvələ keçir. “What” ilə sual verilərsə sözönü ya yerində qalır, ya da “what”-dan əvvələ keçir.
Ex: Paul spoke to the doctor – Paul həkimlə danışdı.
1) Who did Paul speak to? – Paul kim ilə danışdı?
2) To whom did Paul speak? – Paul kim ilə danışdı?
Ex: He opened the door with a key – O qapını açarla açdı.
1) What did he open the door with? – O qapını nə ilə açdı?
2) With what did he open the door? – O qapını nə ilə açdı?
Tamamlığın təyininin sualı
Tamamlığın təyininə sual verərkən təyin cümlədən atlılır. Cümlə ümumi suala çevrilir. T’əyinin yerinə ona uyğun aşağıdakı sual əvəzliklərindən biri işlənir.
*Which – hansı *How many – neçə
*Whose – kimin *How much – nə qədər
*What – necə, nə cür *What kind of – nə cür
Tamamlığın təyininə sual verərkən söz sırası aşağıdakı kimi olur:
Sual əvəzliyi + isim +köməkçi feil +mübtəda + əsas feil + zərflik?
Ex: I have read this book – Mən bu kitabı oxumuşam.
Which book have you read? – Sən hansı kitabı oxumusan.
Ex: He doesn’t know John’s parents – O Conun valideynlərini tanımır.
Whose parents doesn’t he know? – O kimin valideynlərini tanımır?
Ex: We planted a lot of trees yesterday – Biz dünən çoxlu ağac əkdik.
How many trees did you plant yesterday? – Dünən neçə ağac əkdiniz?
Qeyd: how much həmçinin “neçəyə” mənasını bildirir. Bu zaman isimsiz işlənir.
Ex: How much is this book? – Bu kitab neçəyədir? (ismi xəbərli cümlə)
How much does this book cost? – Bu kitab neçəyədir? (feili xəbərli cümlə)
Xəbərin sualı
Xəbərə sual verərkən əsas feil cümlədən atılır və onun yerinə köməkçi və ya modal feilə uyğun olaraq feilin do/doing/done formaları qoyulur. Cümlə ümumi suala çevrilir. Xəbərə what ilə sual verilir. Söz sırası aşağıdakı kimi olur:
What + köməkçi feil + mübtəda + do/doing/done?
Qeyd: Xəbərə sual verərkən adətən tamamlıq da atılır.
Ex: They played football – Onlar futbol oynadılar.
What did they do? – Onlar nə etdilər?
Ex: Tom is sleeping now – Tom indi yatır.
What is Tom doing now? – Tom indi nə edir?
Ex: Bill has washed the car – Bill maşını yuyub.
What has Bill done? – Bill nə edib?
Zərfliyin sualı
Zərfliyə sual verərkən sual verəcəyimiz zərflik cümlədən atılır və ona uyğun sual zərfi (sözü) onun yerində işlənir. Cümlə ümumi suala çevrilir. Söz sırasıaşağıdakı kimi olur:
Sual zərfi (sözü) + köməkçi feil + mübtəda + əsas feil + (zərflik)?
*When\What time – nə vaxt, nə zaman (zaman zərfliyinin sualı)
* How long ago – nə qədər müddət əvvəl (zaman zərfliyinin sualı)
* Since what time – nə vaxtdan bəri (zaman zərfliyinin sualı)
* Since when – nə vaxtdan bəri (zaman zərfliyinin sualı)
*Why\What … for – nə üçün, niyə (səbəb zərfliyinin sualı)
*How\How well – necə (tərzi – hərəkət zərfliyinin sualı)
*Where – hara, haraya, harada (yer zərfliyinin sualı)
*How many times – neçə dəfə (miqdar zərfliyinin sualı)
*How often – neçə dəfə (miqdar zərfliyinin sualı)
*How long – nə qədər müddət (miqdar zərfliyinin sualı)
*How much time – nə qədər (miqdar zərfliyinin sualı)
*How old – neçə (yaşı soruşmaq üçün verilən sual)
*How far – nə qədər (məsafəyə verilən sual)
Ex: Tom didn’t go to work because he was ill.
1) Why didn’t Tom go to work? – Tom nə üçün işə getmədi?
2) What didn’t Tom go to work for? – Tom nə üçün işə getmədi?
Ex: Tom speaks English badly– Tom ingiliscə pis danışır.
1) How does Tom speak English? – Tom ingiliscə necə danışır?
2) How well does Tom speak English? – Tom ingiliscə necə danışır?
Ex: John has been to Paris two times – Con Parisdə iki dəfə olub.
1) How often has Tom been to Paris? – Con Parisdə neçə dəfə olub?
2) How many times has Tom been to Paris? – Con Parisdə neçə dəfə olub?
Ex: Arnold has been sleeping for an hour– Arnold bir saatdır ki yatır.
1) How long has Arnold been sleeping? – Arnold nə qədər müddətdir yatır?
2) How much time has Arnold been sleeping?- Arnold nə qədər müddətdir yatır?
Bunları unutmayın!!!
1) How are you? – Necəsən?
2) How do you do? – Salam necəsən? (rəsmi)
1) What are you? – Sən nəçisən?
2) What do you do? – Sən nəçisən?
1) Where are you from? – Sən hardansan?
2) Where do you come from? – Sən hardansan?
1) What time is it? – Saat neçədir?
2) What is the time? – Saat neçədir?
1) How old are you? – Sənin neçə yaşın var?
2) What is your age? – Sənin neçə yaşın var?
Qarışdırmayın!!!
What about – Bəs
What … about – Nə haqqında
What are you talking about?
Siz nə haqqında danışırsınız?